13410
431
102
Haqqımızda
Ümumi Məlumat
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Struktur
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının strukturu təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilat komitələri, rayon (şəhər) komitələri, həmçinin Respublika Komitəsi səviyyəsində təşkilatlanmış olub, vahid mərkəzdən idarə olunan və qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərən çoxpilləli bir sistemdən ibarətdir.
İkitərəfli əməkdaşlıq
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ittifaq üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir çox ölkələrin həmkarlar ittifaqları ilə qarşılıqlı əlaqələr qurmuş, Bolqarıstan, Türkiyə, Misir, Estoniya, Gürcüstan, Latviya, Litva, Malta, Rusiya, Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Macarıstan, Sloveniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, İsrail, Serbiya, İsveç və Albaniyanın uyğun həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalamışdır.
AHİK-in Normativ-Metodiki Sənədləri, Tövsiyələri
«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərilir.
ATİAHİ-nin Normativ-Metodiki Sənədləri, Tövsiyələri
ATİAHİ Respublika Komitəsinin Reqlamenti, ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.
Beynəlxalq Təşkilatlarla Əlaqələr
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

Şəhidlərimizi QÜRURLA ANIRIQ!

Heç bir video tapılmadı.