05.11.2021 tarixində ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Azad Həmkarlar Təşkilatının dəstəyi ilə "Birlikdən Zəfər Doğar" adlı tədbir keçirilib.
Sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi idi. Tədbirdə Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri Rövşən İbrahimlinin çıxış edərək onların göstərdikləri qəhrəmanlıqları yüksək qiymətləndirmiş həmçinin 20-ə yaxın ADPK-nın Qazi tələbələrindən Z.Fərəczadə, R.Aslanov, X.Əhədli, V.Cəfərli, Ş.Bayraməliyev, R.Abdulsalamov, Z.Məmmədzadə, T.Səlimzadə, A.Yaqublu, Ş.Qurbanlı, A.Alıyev, E.Məmmədov, S.Hacıev, Ə.Məmmədli, A.Şükürlü, S.Sabirli, K.Abdullayev, İ.Rzayev və A.Nəzərli fəxri fərmanlarla təltif olunması, onlara qiymətli hədiyyələr təqdim olunub.