Yasamalda stolüstü tennis yarışı keçirilib

Yasamalda stolüstü tennis yarışı keçirilib

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 147 №-li Texniki - humanitar liseydə kişilər və qadınlar arasında ayrılıqda stolüstü tennis yarışları keçirilib.Kişilər arasında I yeri 18 №-li məktəbin müəllimi İlqar Əbdülov, II yeri Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarov və III yeri 286 №-li məktəbin müəllimi Samir Mehdi-zadə qazanıb. Qadınlar arasında isə I yerə 176 №-li məktəbin müəllimi Zərnigar Musayeva, II yerə 308 №-li məktəbin müəllimi Almaz Məhərrəmova və III yerə 158 №-li məktəbin müəllimi Ləman Həsənova layiq görülüb. Yarışlarda iştirak edənlərin hər birinə pul mükafatı,  I, II, III yerləri qazananlara isə pul mükafatı və fəxri fərman verilib.PHOTO-2024-03-12-12-02-41.jpg 174.45 KBPHOTO-2024-03-12-12-02-54.jpg 145.82 KB

27.03.2024

Yasamal rayon komitəsinin yeni tərkibi seçilib

Yasamal rayon komitəsinin yeni tərkibi seçilib

ATİAHİ Yasamal rayon komitəsində XXIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda sədrin və təftiş komissiyasının hesabatı dinlənilib, ilk həmkarlar ittifaqlarının sədrləri və ittifaq üzvləri çıxışlar edib, rəy və fikirlərini səsləndiriblər. Rayon komitəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə Rövşən İbrahimli yekdilliklə yenidən sədr seçilib. Yığıncaqda həmçinin rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib, rayon komitəsinin tərkibi formalaşıb.ATİAHİ Respublika Komitəsinin nümayəndəsi rayon komitəsinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və bəzi tapşırıq və tövsiyələrini verib.PHOTO-2024-03-12-13-02-30 (1).jpg 240.68 KBPHOTO-2024-03-12-13-00-31.jpg 287.96 KBPHOTO-2024-03-12-13-03-50.jpg 690.2 KBPHOTO-2024-03-12-13-02-30.jpg 291.22 KB

27.03.2024

Yasamalda xanım müəllimlərə hədiyyələr verilib

Yasamalda xanım müəllimlərə hədiyyələr verilib

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 53 №-li tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və rayon məktəblərinin xanım müəllimləri iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, ölkəmizdə hər zaman zəriflik və gözəllik rəmzi hesab olunan qadınlara xüsusi diqqət göstərilib. Sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsi olan qadınlarımız həm də istedad, zəka və zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdiriblər. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib.Həmçinin tədbirdə iştirak edən xanım ittifaq üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Sonda tədbirdə iştirak edən bütün xanımlara hədiyyə və fəxri fərman verilib.PHOTO-2024-03-12-11-23-18 (1).jpg 655.53 KBPHOTO-2024-03-12-11-23-09.jpg 806.96 KBPHOTO-2024-03-12-11-23-18.jpg 655.53 KB

27.03.2024

Yasamal məktəblərində hesabat-seçki yığıncaqları baş tutub

Yasamal məktəblərində hesabat-seçki yığıncaqları baş tutub

ATİAHİ Yasamal rayon komitəsinin xidmətində olan müəssisələrdə yanvar və fevral aylarında hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlarda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib. Rayon komitəsinin əməkdaşları yığıcaqlarda seçki prosesini izləyiblər. Demokratik ab-havada açıq səsvermə yolu ilə baş tutan seçkilərdə gender bərabərliyi də qorunub. Bütün yığıncaqlarda hesabatlar qənaətbəxş hesab olunub, ilk həmkarlar ittifaqlarına sədrlər seçilib.PHOTO-2024-03-12-11-08-46.jpg 151.8 KBPHOTO-2024-03-12-11-08-45.jpg 140.68 KBPHOTO-2024-03-12-11-08-49.jpg 185.83 KBPHOTO-2024-03-12-11-08-50 (2).jpg 163.24 KBPHOTO-2024-03-12-11-08-50 (1).jpg 165.76 KBPHOTO-2024-03-12-11-08-52 (1).jpg 127.71 KBPHOTO-2024-03-12-11-08-51.jpg 131.52 KBPHOTO-2024-03-12-11-08-50.jpg 174.81 KBPHOTO-2024-03-12-11-08-52.jpg 57.05 KBPHOTO-2024-03-12-11-08-53.jpg 127.61 KBPHOTO-2024-03-12-11-08-54.jpg 75.69 KBPHOTO-2024-03-12-11-08-55.jpg 125.98 KBPHOTO-2024-03-12-11-08-56.jpg 139.17 KBPHOTO-2024-03-12-11-08-57 (2).jpg 123.84 KBPHOTO-2024-03-12-11-08-57 (1).jpg 92.07 KBPHOTO-2024-03-12-11-08-57.jpg 152.44 KBPHOTO-2024-03-12-11-08-58 (1).jpg 137.1 KBPHOTO-2024-03-12-11-08-58.jpg 91.02 KB

27.03.2024

"20 Yanvar-Memorial abidə kompleksi" ziyarət olunub

ATİAHİ Yasamal rayon komitəsinin əməkdaşları və bir qrup ittifaq üzvü 20 Yanvar şəhidlərini anıblar.Onlar faciə qurbanlarının 34-cü ildönümündə "20 Yanvar-Memorial abidə kompleksi"ni ziyarət edib, abidə önünə əklil və gül dəstələri qoyublar.Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub. 

12.02.2024

Yasamalda Gənclər Günü münasibətilə tədbir keçirilib

Yasamalda Gənclər Günü münasibətilə tədbir keçirilib

ATİAHİ Yasamal rayon komitəsi rayonun 53 №-li məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirib.Tədbirə Yasamal rayon ümumtəhsil müəssisələrində və məktəbəqədər müəssisələrdə çalışan 200-ə yaxın gənc ittifaq üzvü iştirak edib.Rayon komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək gəncləri təbrik edib və dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülməkdədir. R.İbrahimli vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.Tədbirdə söz alan gənclər dövlətimizin onlara olan diqqət və qayğısından razılıqlarını ifadə ediblər.Sonda gənc ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.PHOTO-2024-02-05-15-19-29 (1).jpg 450.44 KBPHOTO-2024-02-05-15-19-28 (1).jpg 471.04 KBPHOTO-2024-02-05-15-19-28.jpg 480.88 KBPHOTO-2024-02-05-15-19-27.jpg 603.41 KBPHOTO-2024-02-05-15-19-25 (1).jpg 605.22 KBPHOTO-2024-02-05-15-19-29.jpg 956.31 KB

12.02.2024

Yasamalda ittifaq üvlərinin yubileyi qeyd olunub

Yasamalda ittifaq üvlərinin yubileyi qeyd olunub

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil və məktəbəqədər müəssisələrində fəaliyyət göstərən 170-ə yaxın ittifaq üzvünün 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edənlər müəllimləri təbrik edib, onların mənalı və şərəfli ömür yolundan, peşəkar pedaqoji fəaliyyətindən, ölkə təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin göstəricilərindən danışıblar.Həmçinin çıxışçılar dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısından, müəllimlərin və ümumilikdə təhsil sistemində çalışan bütün şəxslərin sosial müdafiəsinin möhkəmlənməsi istiqamətində atılan addımlardan, onların fəaliyyətinin ali səviyyədə qiymətləndirilməsindən, fəxri adlarla təltif olunmalarından bəhs ediblər.Yübliyarlar təbriklərə və göstərilən hörmət və ehtirama görə, çıxış edənlərə və tədbirin təşkilatçılarına təşəkkür ediblər. Onlar bundan sonra da səylə çalışacaqlarını, ölkə təhsilinin inkişafına əhəmiyyətli töhfə verəcəklərini qeyd ediblər.Sonda yubilyarlara fəxri fərman və qiymətli hədiyyələr verilib.PHOTO-2024-02-05-15-20-40.jpg 767.08 KBPHOTO-2024-02-05-15-20-39.jpg 710.35 KBPHOTO-2024-02-05-15-20-38.jpg 840.46 KB

12.02.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Yasamalda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Yasamalda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük qayıdışın başlanğıcı - Biz qayıtdıq” adlı tədbir keçirilib.Tədbir Dövlət Bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qonaq qismində iştirak edən Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və 53 №-li tam orta məktəbin şagird heyəti maraqlı proqramlarla çıxış ediblər.Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli çıxışında “Heydər Əliyev İli” çərçivəsində həmkarlar ittifaqları tərəfindən təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən bəhs edib. O, əminliklə ifadə edib ki, Cocuq Mərcanlı kəndi kimi bütün işğaldan azad edilmiş ərazilərimiz də bərpa ediləcək və məcburi köçkün həyatı yaşamış şagirdlər öz yurdlarında təhsil alacaqlar. Tədbirdə digər çıxışlar da dinlənilib.Sonda tədbir iştirakçıları qonaqlarla xatirə şəkli çəkdiriblər.PHOTO-2023-12-26-12-59-57.jpg 67.77 KBPHOTO-2023-12-26-12-59-56.jpg 74.67 KBPHOTO-2023-12-26-12-59-55.jpg 174.91 KBPHOTO-2023-12-26-12-59-54.jpg 168.85 KBPHOTO-2023-12-26-12-59-53.jpg 61.69 KB

27.12.2023

Yasamalda müəllimlər arasında dama və şahmat yarışı təşkil olunub

Yasamalda müəllimlər arasında dama və şahmat yarışı təşkil olunub

Yasamal rayonunun təhsil işçiləri arasında dama və şahmat yarışı keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar baş tutan tədbir ATİAHİ Yasamal rayon komitəsi tərəfindən təşkil olunub.Yarışın açılış mərasimində çıxış edənlər Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasından, habelə Həmrəylik Gününün təsis olunmasının əhəmiyyətindən danışıblar.Böyük maraqla keçirilən yarışın qaliblərinəı Yasamal rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.PHOTO-2023-12-26-12-45-32.jpg 768.58 KBPHOTO-2023-12-26-12-45-31.jpg 926.03 KB

27.12.2023

Ağsuda ittifaq üzvlərinin doğum günü qeyd olunub

Ağsuda ittifaq üzvlərinin doğum günü qeyd olunub

Ağsu rayonunda 65 yaşı tamam olan 4 müəllimin - həmkarlar ittifaqı üzvünün yubiley tədbiri keçirilib.ATİAHİ Ağsu rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə yubliyarların ünvanına təbriklər səslənib, rayon təhsilinin inkişafında onların xidmətlərindən bəhs olunub.Müəllimlər onlar üçün təşkil edilən yubiley tədbirinə və deyilən xoş sözlərə görə təşkilatçılara və iştirakçılara təşəkkür ediblər.Sonda yubliyarlar rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunub, onlara hədiyyələr verilib.

07.12.2023

Yasamalda ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

Yasamalda ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

ATİAHİ Yasamal rayon komitəsində ilk həmkarlar ittifaqlarının hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda çıxış edən rayon komitəsinin sədri R.İbrahimli ittifaq sədrlərinin diqqətinə çatdırıb ki, 2024-cü ilin yanvar-fevral aylarında baş tutacaq seçkilər şəffaf və demokratik keçirilməli, kollektivin iradəsini əks etdirməlidir. R.İbrahimli həmçinin təşkilatın fəaliyyətinə daxil olan müəssisələr haqqında məlumat verib, 2017-2023-cü illər ərzində yaş həddi ilə əlaqədar təqaüdə çıxmış rəhbərlərin yerinə seçilmiş yeni sədrləri kollektivə təqdim edib.Eləcə də tədbirdə 2023-2025-ci illər üzrə bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin bəndlərinə aydınlıq gətirilib və həmin sənədlərlə yerli təşkilatların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi diqqətə çatdırılıb.Sonda iştirakçıların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib.PHOTO-2023-11-30-14-16-21.jpg 728.61 KB

07.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Mərasimdə öncə Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. Daha sonra isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edən sənədli filmə baxış keçirilib.Orta məktəb müəllimləri, direktorlar və məktəbəqədər təhsil müəssisələrin müdirlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yasamal  Rayon İcra Hakimiyyəti  başçısının  müavini  Təravət  Muradova  bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı edib. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Təravət Muradova Beynəlxalq Müəllimlər Gününü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb.İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladıb. Bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 25 il ərzində Azərbaycanda 4000-ə qədər məktəb və məktəbəqədər müəssisə tikilib və əsaslı şəkildə təmir edilib. Hal-hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir. Azərbaycan müəllimi bu gün Zəngilanın Ağalı kəndində uşaqlara bilik verir. İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.E.Həsənov vuğulayıb ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. Bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 55 sinfi, onlardan 10-u Yasamal olmaqla ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstəriblər. Belə ki, Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin  4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 13 nömrəli tam orta məktəbin 2 sinfi, 53 nömrəli tam orta məktəbin isə 1 sinfi üzrə bütün məzunlar yüz faiz nəticə göstərərək ali məktəblərə qəbul olunublar.Qeyd olunub ki, bu görüşdə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri  də iştirak edir və ümid ifa olunub ki, onlar da Yasamal rayonunun ictimai və sosial həyatında fəal iştirak edəcəklər.Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, habelə Yasamal rayon təhsil ocaqlarının nümayəndələri öz fikir və mülahizələri ilə bölüşüblər. Sonda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən təhsil işçilərinə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.DSC_8373.JPG 510.72 KBDSC_8369.JPG 514.15 KBDSC_8334.JPG 502.83 KBDSC_8346.JPG 516.87 KBDSC_8399.JPG 534.67 KBDSC_8408.JPG 603.22 KBDSC_8456.JPG 503.35 KBDSC_8459.JPG 520.64 KBDSC_8444.JPG 495.67 KB

11.10.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo