Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Yasamal rayon komitəsi ittifaq üzvlərinin istirahətinə diqqəti ildən-ilə artırır

ATİAHİ Yasamal rayon komitəsi ittifaq üzvlərinin istirahətinə diqqəti ildən-ilə artırır

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun 318, 345, 11, 27, 98, 36, 93, 10, 17 və 19 saylı uşaq bağçalarının işçilərinin istirahəti təşkil edilib.Belə ki, Azərbaycanın səfalı rayonlarına müxtəlif vaxtlarda bir günlük səfərlər olub. Səfər zamanı ittifaq üzvləri gözəl təbiət mənzərələrini seyr edib, tarixi-mədəni abidələrə baş çəkib, istirahət düşərgələrinə gediblər. Onlar üçün süfrələr açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.İştirakçılar onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.Qeyd edək ki, turlar zamanı uşaq bağçalarının ilk həmkarlar ittifaqlarının sədrləri də iştirak ediblər. PHOTO-2023-08-06-12-58-45.jpg 9.6 MBPHOTO-2023-08-06-12-58-46 (1).jpg 255.85 KBPHOTO-2023-08-06-12-58-45 (1).jpg 170.61 KBPHOTO-2023-08-06-12-58-46.jpg 390.34 KBPHOTO-2023-08-06-12-54-06.jpg 602.12 KB

14.08.2023

Yasamal müəllimləri Qubada və Qusarda istirahətdə olublar

Yasamal müəllimləri Qubada və Qusarda istirahətdə olublar

ATİAHİ  Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 38, 161 və 21 nömrəli məktəblərin ittifaq üzvlərinin Quba rayonuna, 52 nömrəli məktəbin ittifaq üzvlərinin Qusar rayonuna, 286 nömrəli məktəbin müəllim və texniki işçi heyətinin isə Xacmaz rayonuna bir günlük səfərləri təşkil edilib. Səfər zamanı iştirakçıların səmərəli və mənalı istirahətləri üçün hər cür şərait yaradılıb. Belə ki, ittifaq üzvləri həmin rayonların səfalı yerlərində olub, gözəl və əsrarəngiz təbiət mənzərələrini seyr edib işin yorğunluğunu çıxarıblar. İştirakçılar üçün həmçinin süfrə açılıb, ləziz təamlara qonaq ediliblər.PHOTO-2023-07-03-12-01-38.jpg 250.93 KBPHOTO-2023-07-03-11-58-01.jpg 143.63 KB

05.07.2023

Yasamal rayonunun uşaq bağçalarının işçiləri Quba və Qusarda olublar

Yasamal rayonunun uşaq bağçalarının işçiləri Quba və Qusarda olublar

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 82, 38, 79 saylı uşaq bağçalarının, 94 saylı körpələr evi-uşaq bağçasının işçilərinin Quba rayonuna, 34 və 117 saylı uşaq bağçalarının işçilərinin isə Qusar rayonuna səfərləri təşkil edilib. Səfərin məqsədi ittifaq üzvlərinin istirahətlərinin səmərəli və mənalı keçirilməsi olub. Tur zamanı üzvlər qeyd olunan rayonların səfalı yerlərini gəzib, gözəl təbiət mənzərələrindən zövq alıb fotolar çəkdiriblər. Onlar üçün həmçinin süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.İttifaq üzləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıq edib və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.PHOTO-2023-07-03-11-42-50.jpg 275.3 KBPHOTO-2023-07-03-11-44-50.jpg 349.32 KBPHOTO-2023-07-03-11-40-06.jpg 196.71 KBPHOTO-2023-07-03-11-39-11 (1).jpg 402.79 KB

05.07.2023

Yasamalda Silahlı Qüvvələr Günü qeyd olunub

Yasamalda Silahlı Qüvvələr Günü qeyd olunub

ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 nömrəli tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə Birinci Qarabağ müharibəsinin veteranları iştirak ediblər. “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Filialının sədri Bəhram Şeydayev çıxış edərək Azərbaycan Ordusunun yaranma tarixindən, formalaşmasından, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən qurulmasından və uğurlu “Horadiz” əməliyyatından danışıb, qəhrəman hərbçilərimizin döyüş yoluna nəzər salıb, 44 günlük Vətən müharibəsinə toxunub. O həmçinin bayram münasibətilə bütün əsgər və zabitlərimizə təbriklərini çatdırıb.Digər çıxış edənlər Silahlı Qüvvələrimizin şanlı və şərəfli döyüş yolundan, rəşadətindən, döyüş meydanında misilsiz qəhrəmanlıqlarından bəhs ediblər.Sonda müharibə veteranlarına ATİAHİ Yasamal rayon komitəsi tərəfindən pul mükafatı və fəxri fərman verilib.PHOTO-2023-06-22-14-57-22.jpg 113.72 KBPHOTO-2023-06-22-14-56-40.jpg 93.72 KBPHOTO-2023-06-22-14-56-14.jpg 103.6 KB

05.07.2023

Yasamal müəllimləri Quba və Qusar rayonlarında istirahət ediblər

Yasamal müəllimləri Quba və Qusar rayonlarında istirahət ediblər

ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 153 və 225 nömrəli məktəblərin müəllim və texniki işçi heyətinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq olaraq Quba və Qusar rayonlarına bir günlük turlar təşkil edilib.Səfər zamanı iştirakçıların istəkləri ilə rayonların səfalı ərazilərinə baş çəkilib, könül oxşayan gözəl təbiət mənzərələri seyr edilib. Həmçinin təhsil işçiləri üçün üçün süfrə açılıb. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib və təşkilatçılara təşəkkür ediblər.PHOTO-2023-06-18-10-37-51.jpg 4.32 MBPHOTO-2023-06-18-10-37-51 (1).jpg 129 KB

21.06.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Yasamal müəllimlərinin istirahəti təşkil edilib

Yasamal müəllimlərinin istirahəti təşkil edilib

ATİAHİ  Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 161 №-li uşaq bağçasının 20 nəfərlik pedaqoji və texniki heyəti Şamaxı rayonuna, 173 №-li məktəbin 20 nəfərlik pedaqoji və texniki heyəti isə Nabran qəsəbəsinə istirahət üçün bir günlük səfər ediblər.Tur çərçivəsində iştirakçılar qeyd olunan rayonların təbiət mənzərələri ilə könül oxşayan ərazilərində olub, fotolar çəkdirib dincəliblər. Eləcə də onlar yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. Tur iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.IMG-20230605-WA0011.jpg 172.67 KB

08.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Yasamal müəllimləri Qubada istirahət ediblər

Yasamal müəllimləri Qubada istirahət ediblər

ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 30 nəfərlik pedaqoji və texniki heyətinin asudə vaxtlarını səmərəli keçirmək üçün Quba rayonuna bir günlük tur təşkil edilib. Tur çərçivəsində iştirakçılar rayonun gəzməli yerlərinə baş çəkib, gözəl və könül oxşayan təbiət mənzərələrini seyr edib fotolar çəkdiriblər. Həmçinin tur iştirakçıları üçün süfrə açılıb.Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

05.06.2023

Yasamalda 65 yaşı tamam olan müəllimlərlə görüş keçirilib

Yasamalda 65 yaşı tamam olan müəllimlərlə görüş keçirilib

ATİAHİ Yasamal rayon komitəsi xidmətində olan ümumtəhsil və məktəbəqədər müəssisələrində fəaliyyət göstərən 81 müəllim və texniki işçinin 65 illik yubileyləri münasibəti ilə tədbir keçirib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət xanım Muradova da iştirak edib. Yubliyarları təbrik edən komitənin sədri R.İbrahimli bildirib ki, müəllim cəmiyyətin düşünən beynidir: “Biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmalıyıq. Dövlətimizin müəllimlərə qayğısını hər bir müəllim öz həyatında hiss edir. Xüsusilə sosial sahədə verilən sərəncamlar müəllimlərə dövlət qayğısının bariz nümunəsidir”.Tədbirdə Təravət xanım Muradova da çıxış edərək yubilyarları təbrik edib, fəaliyyətlərini yüksək qiymətləndirib.Sonda yubilyarlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.PHOTO-2023-05-31-10-45-31.jpg 194.83 KBPHOTO-2023-05-31-10-45-33.jpg 174.97 KBPHOTO-2023-05-30-16-19-19.jpg 191.79 KBPHOTO-2023-05-30-16-19-16.jpg 198.56 KBPHOTO-2023-05-30-16-10-28.jpg 182.05 KBPHOTO-2023-05-30-16-10-28 (1).jpg 195.99 KBPHOTO-2023-05-30-16-10-21.jpg 239.57 KB

05.06.2023

Paytaxtın 20№-li məktəbinin müəllimləri  İsmayıllıya səfər ediblər

Paytaxtın 20№-li məktəbinin müəllimləri İsmayıllıya səfər ediblər

ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 20 №-li məktəb-liseyin 47 nəfərlik pedaqoji və texniki heyətinin İsmayıllı rayonuna səfəri təşkil edilib.İttifaq üzvlərinin istirahətlərinin səmərəli və mənalı keçirilməsi məqsədilə təşkil olunan tur zamanı rayonun turist zonalarına baş çəkilib, gözəl təbiət mənzərələri seyr edilib, fotolar çəkdirilib.Həmçinin iştirakçılar üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.Təhsil işçiləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib, təşkilatçılara təşəkkürlərini bildiriblər.PHOTO-2023-05-23-11-33-39.jpg 722.06 KB

24.05.2023

ATİAHİ Yasamal rayon komtəsi müəllimlər üçün tur təşkil edib

ATİAHİ Yasamal rayon komtəsi müəllimlər üçün tur təşkil edib

ATİAHİ Yasamal rayon komtəsi tərəfindən 31 və 286 №-li məktəblərin ümumilikdə 93 nəfərlik müəllim heyətinin asudə vaxtının səmərəli keçirilməsi üçün Quba rayonuna müxtəlif vaxtlarda bir günlük tur təşkil edilib. Tur zamanı rayonun gəzməli yerlərinə baş çəkilib, əsrarəngiz təbiət mənzərələri seyr edilib, fotolar çəkdirilib.Həmçinin təhsil işçiləri üçün süfrə açılıb. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən minnətdarlıq ifadə ediblər.Qeyd edək ki, əzintilər zamanı hər iki məktəbin həmkarlar ittifaqlarının sədrləri iştirak ediblər.PHOTO-2023-05-14-09-24-28.jpg 135.4 KBPHOTO-2023-05-14-09-22-55.jpg 313.28 KBPHOTO-2023-05-14-09-21-31.jpg 345.63 KB

22.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo