ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun 318, 345, 11, 27, 98, 36, 93, 10, 17 və 19 saylı uşaq bağçalarının işçilərinin istirahəti təşkil edilib.
Belə ki, Azərbaycanın səfalı rayonlarına müxtəlif vaxtlarda bir günlük səfərlər olub. Səfər zamanı ittifaq üzvləri gözəl təbiət mənzərələrini seyr edib, tarixi-mədəni abidələrə baş çəkib, istirahət düşərgələrinə gediblər. Onlar üçün süfrələr açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.
İştirakçılar onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, turlar zamanı uşaq bağçalarının ilk həmkarlar ittifaqlarının sədrləri də iştirak ediblər.