Yasamal rayonunun uşaq bağçalarının işçiləri Quba və Qusarda olublar


ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 82, 38, 79 saylı uşaq bağçalarının, 94 saylı körpələr evi-uşaq bağçasının işçilərinin Quba rayonuna, 34 və 117 saylı uşaq bağçalarının işçilərinin isə Qusar rayonuna səfərləri təşkil edilib. Səfərin məqsədi ittifaq üzvlərinin istirahətlərinin səmərəli və mənalı keçirilməsi olub. Tur zamanı üzvlər qeyd olunan rayonların səfalı yerlərini gəzib, gözəl təbiət mənzərələrindən zövq alıb fotolar çəkdiriblər. Onlar üçün həmçinin süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.

İttifaq üzləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıq edib və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo