ATİAHİ Yasamal rayon komtəsi müəllimlər üçün tur təşkil edib

ATİAHİ Yasamal rayon komtəsi tərəfindən 31 və 286 №-li məktəblərin ümumilikdə 93 nəfərlik müəllim heyətinin asudə vaxtının səmərəli keçirilməsi üçün Quba rayonuna müxtəlif vaxtlarda bir günlük tur təşkil edilib. Tur zamanı rayonun gəzməli yerlərinə baş çəkilib, əsrarəngiz təbiət mənzərələri seyr edilib, fotolar çəkdirilib.

Həmçinin təhsil işçiləri üçün süfrə açılıb. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, əzintilər zamanı hər iki məktəbin həmkarlar ittifaqlarının sədrləri iştirak ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo