ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 20 №-li məktəb-liseyin 47 nəfərlik pedaqoji və texniki heyətinin İsmayıllı rayonuna səfəri təşkil edilib.
İttifaq üzvlərinin istirahətlərinin səmərəli və mənalı keçirilməsi məqsədilə təşkil olunan tur zamanı rayonun turist zonalarına baş çəkilib, gözəl təbiət mənzərələri seyr edilib, fotolar çəkdirilib.
Həmçinin iştirakçılar üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.