AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binası təmir olunub

AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binası təmir olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.Şuranın sədri İlmir İsmayılov binada yaradılan şəraitlə bağlı AHİK sədrinə məlumat verib.Bildirib ki, binanın bütün otaqları yüksək standartlara uyğun təmir edilib, müasir texniki avadanlıqlarla təchiz olunub, əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.Otaqlara baxış keçirən S.Möhbalıyev yaradılmış şəraitdən razı qaldığını  bildirib və kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.2-1-scaled.jpg 518.34 KB3-2-scaled.jpg 365.99 KB5-scaled (1).jpg 369.26 KB1-1-1920x1285 (1).jpg 361.23 KB

16.02.2022

Heydər Əliyev Fondunun Şərqi Zəngəzur və Qarabağda məscidlərimizin bərpası istiqamətində gördüyü işlər çox əhəmiyyətlidir

Heydər Əliyev Fondunun Şərqi Zəngəzur və Qarabağda məscidlərimizin bərpası istiqamətində gördüyü işlər çox əhəmiyyətlidir

“İşğaldan azad olunmuş ərazilərimizin – Şərqi Zəngəzurun və Qarabağın bərpası istiqamətində kompleks tədbirlər görülür. Demək olar ki, yalnız dövlətimizin maliyyə imkanları hesabına, heç bir kənar maliyyə dəstəyi olmdan yeni şəhər və kəndlər salınır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, həmçinin abadlıq-quruculuq işləri çərçivəsində icra olunan digər layihələr ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir. Baxmayaraq ki, son illər məlum səbəblərdən dünyada bütün sahələrdə ağır böhran yaşandı və bu gün də onun fəsadları tam aradan qaldırılmayıb. Amma ölkəmizin sahib olduğu iqtisadi imkanlar, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı kompleks tədbirlər sayəsində Azərbaycan bu sınaqlardan üzüağ çıxdı. Bunun bariz nümunəsi özünün maliyyə imkanları hesabına dövlətimiz tərəfindən qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərdir. Təkcə 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları, həmçinin Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərinin qoyulması burada aprılan kompleks tədbirlərin miqyasını və əhəmiyyətini göstərir. Ən vacib məqamlardan biri, təbii ki, doğma yurdlarına qayıdacaq sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan Ağdam Sənaye Parkının əhəmiyyətinin miqyası çox böyükdür. Sənaye Parkı ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında, sahibkarlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur, onlara hərtərəfli dövlət dəstəyi göstərilir. İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda onların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılır. Bütün bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinə daha da güc qatacaq”.“Mən işğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq vurğulamaq istərdim. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb və burada aparılan digər işlərə mühüm töhfələr verir. Ağdam Cümə məscidinin bərpa-restavrasiyasını da Fond həyata keçirir. Yaxın vaxtlarda bu məscidin də əvvəlki tarixi görkəmi özünə qaytarılacaq, burada olan erməni vandallığının bütün izləri aradan qaldırılacaq. Qeyd edim ki, işğal dövründə ən çox dağıntılara məruz qalan ərazimizdən biri Ağdam rayonu olub. Bura, demək olar ki, xarabalığa çevrilmişdi. Artıq bu gün dövlətimiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri sayəsində rayonun mənzərəsi dəyişməkdədir. İnanırıq ki, yaxın gələcəkdə rayonun bərpası tamamilə yekunlaşacaq və Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcək”, – Milli Məclisin deputatı bildirib.

16.02.2022

Yasamal rayonu Həmkarlar İttifaqının təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş tədbir keçirilib

Yasamal rayonu Həmkarlar İttifaqının təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş tədbir keçirilib

Yasamal rayonu Həmkarlar İttifaqının təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Yasamal RİH başçısının müavini Təravət Məmmədova, 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova və Yasamal rayonuna tabe olan bir neçə həmkarlar təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbirdə iştirak edən gənc həmkarlara fəxri fərmanlar və hədiyyələr təqdim edilib. IMG_3261.JPG 5.77 MBIMG_3275.JPG 6.28 MB

02.02.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan gənclərini təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan gənclərini təbrik edib

Təbrikdə deyilir:“2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin gənclərini səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi naminə onlara böyük nailiyyətlər arzulayıram!Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin gənclər siyasəti bu gün Azərbaycan gəncliyinin inkişafında əhəmiyyətli rol oynamaqdadır.Dövlətimizin başçısı cənab İlham Əliyevin gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamları gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir.Fəxarətlə deyə bilərik ki, Azərbaycan gənclərinin qazandığı uğurlar dünyaya səs salmaqdadır. Bütün sahələrdə, o cümlədən idman, təhsil, incəsənət və digər sahələrdə gənclərimiz dünya miqyasında böyük nailiyyətlər əldə edirlər.Artıq ikinci ildir ki, gənclərimiz öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi döyüş ruhu, vətənpərvərlik, qəhramanlıq dünya gənclərinə nümunə oldu.Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə həmişə fəal dəstək verir, gənclərlə bağlı bir sıra layihələr həyata keçirir. Gənclərimiz də həmkarlar ittifaqlarının fəaliyyətində mühüm rol oynayır, inkişafına əhəmiyyətli töhfələr verir.Bu gün Azərbaycan gəncliyi dövlətimizin hərtərəfli inkişafında yaxından iştirak edir, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək parlaq gələcəyə doğru inamla irəliləyir.Azərbaycan gəncləri, Sizi ürəkdən təbrik edirəm! Bayramınız mübarək”.

02.02.2022

Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”

Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”

“Tarixən gənclər cəmiyyətin əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla hər bir dövlətin gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayıb. Ölkəmizdə də onların rolu həmişə yüksək qiymətləndirilib, perspektivli fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Ulu Öndər Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil respublikamızın prezidenti olarkən gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şeyi edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu. Bir sözlə, gənclər siyasəti Ulu Öndərin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edirdi”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclərinin həyatında əlamətdar bir hadisə idi: “Nazirlik ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirməklə bu sahədə vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Bu da gənclərin cəmiyyətin həyatında rolunun artmasında, ölkənin gələcək inkişafında onların iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında mühüm rol oynayır. 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtan başlayaraq hər il ölkəmizdə Gəncləri Günü təntənəli şəkildə qeyd olunur.Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ümumilikdə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün hərtərəfli şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi”.S.Möhbalıyev qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr vermişdir. Dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülməkdədir”.“Parlaq Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq oldu. Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətən müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı cəmi 44 günə azad etdi, hər biri işğalçı düşmənə qarşı rəşadətlə döyüşdü. Vətən müharibəsi göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanacaqlar. Ümidvarıq ki, yetişəcək yeni-yeni nəsillər böyük birlik və qəhrəmanlıq nümayiş etdirmiş bugünkü Azərbaycan gəncliyindən nümunə götürəcək və onların yolunu şərəflə davam etdirəcək”, – Milli Məclisin deputatı deyib.AHİK sədri bildirib ki, ölkəmizin ən böyük ictimai təşkilatı olan Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir: “Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 22.2 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və b. qərarlar və digər sənədlər qəbul etmiş və uğurla həyata keçirilmişdir”.Konfederasiya sədri əlavə edib ki, Azərbaycan həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquqlarının müdafiəsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına əməl olunması, gənclərin həmkarlar ittifaqı sıralarına cəlb olunması və fəal gənclərin sayının artırılması istiqamətində də səylə çalışır: “AHİK-in dəstəyi ilə hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, həmçinin həmkarlar ittifaqlarının rəhbər strukturlarında gənc kadrların sayını çoxaltmaq məqsədilə maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa, ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün adlı təqaüdlər təsis edilir və onlara mükafatlar təqdim olunur. Həmçinin AHİK tərəfindən “İlin peşəkar gənci” fəxri adı təsis edilib və peşəkarlığı ilə həmkarlar ittifaqının fəaliyyətində fərqlənən gənclər qiymətləndirilir. İndiyə kimi 27 sahə həmkarlar ittifaqı təşkilatından 300 nəfərdən artıq gənc bu fəxri ada layiq görülüb”.S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da gənclərlə bağlı fəaliyyətini uğurla davam etdirəcək, dövlətimizin bu istiqamətdə gördüyü bütün işlərə fəal dəstək verəcək: “Bir daha gənclərimizi Gənclər Günü münasibətilə təbrik edir, onlara dövlətimizin daha inkişafı yolunda böyük nailiyyətlər arzulayıram. Bayraminiz mübarək, Azərbaycan gəncləri!”

02.02.2022

Həmkarların Şahdağ turu

Həmkarların Şahdağ turu

ATİAHİ-nin maliyyə dəstəyi ilə həmkarlar təşkilatının bir neçə üzvü 29.01.2022-ci il tarixində Şahdağa yollanıblar. Yeni ilin son həftəsində üzvlər Şahdağa gedib və istirahət ediblər. Onlar diqqətdən məmnunluğunu ifadə edib və belə görüşlərin tez-tez olmasını diləyiblər.WhatsApp Image 2022-02-02 at 14.06.17.jpeg 118.49 KB

29.01.2022

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib

“Sürətli inkişaf yolu keçən Azərbaycanda korporativ sosial məsuliyyət nümunələri geniş şəkildə müşahidə edilməkdədir. Əslində Azərbaycanda korporativ sosial məsuliyyət prinsipləri hələ 19-cu əsrin sonlarında neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digər sahibkarlar tərəfindən görülən xeyriyyəçilik tədbirlərində öz əksini tapmışdır. Həmin vaxtlar Bakıda məktəblərin, sağlamlıq və mədəniyyət ocaqlarının tikintisinə, Bakı Su Kəmərinin çəkilişinə, Bakı Dövlət Universitetinin yaradılmasına, həmçinin Avropa Universitetlərinə göndərilən gənclərə maddi yardımın göstərilməsinə xeyli vəsait ödənilmişdir. Hazırda ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır, sahibkarlar üçün əlverişli şərait yaradılır və belə olan təqdirdə biznes nümayəndələri daha çox gəlir əldə etməyə başlayırlar və elə bu zaman da onların cəmiyyət qarşısında sosial məsuliyyətləri meydana çıxmış olur. Dövlətimizin başçısı cənab İlham Əliyev öz çıxışlarında işəgötürənlər tərəfindən sosial məsuliyyətin vacibliyinin nəzərə alınmasını tövsiyə edərək demişdir: “Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”. Ölkəmizdə bir sıra şirkətlər bu gün könüllü şəkildə sosial məsuliyyətə qoşulmuşlar. Heydər Əliyev Fondu, Paşa Holdinq, “AzerQold” Qapalı Səhmdar Cəmiyyəti və bir sıra banklar, özəl təşkilatlar müxtəlif xeyriyyəçilik tədbirləri həyata keçirməklə bütövlükdə ölkənin tərəqqisinə müsbət təsir göstərirlər”.Bu fikirləri korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Azərbaycanda bu gün korporativ sosial məsuliyyət prinsiplərinin ən yaxşı nümunələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının birinci müavini, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilməkdədir: “Məhz onun rəhbərliyi ilə Heydər Əliyev Fondu korporativ sosial məsuliyyətin əsas prinsiplərini reallaşdırır, cəmiyyəti narahat edən social problemləri həll edir, insanların həyat şəraitinin, təhsilinin səviyyəsinin, sağlamlığının yüksəldilməsi üçün layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə xeyli sayda körpələr evi, uşaq bağçaları, məktəblər, valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binaları, səhiyyə, mədəniyyət ocaqları tikilir, 2020-ci il Vətən müharibəsi döyüşlərində yaralanmış əsgər və zabitlərin xarici ölkələrə müalicəyə göndərilməsi və onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi həyata keçirilən bir çox sosial əhəmiyyətli tədbirlərin bir qismidir. Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında etdiyi çıxışında demişdir: “Azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi əsaslı təmir edilib. Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.  Təkcə sadaladığım dini abidələrin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək”. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eyni zamanda, Avropada, Asiyada, hətta Afrikada da müxtəlif sosial layihələr reallaşdırmaqla bütün dünyaya korporativ sosial məsuliyyətin nümunəsi təqdim edir”.“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları işçilərin sosial və iqtisadi mənafelərini müdafiə edən təşkilat kimi sosial tərəfdaşlarla əməkdaşlığı korporativ sosial məsuliyyət çərçivəsində də davam etdirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında bağlanan «Həssas əhali qruplarının özünün məşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma» uyğun olaraq Nazirliyin Dövlət Məşğulluq Agentliyinin hesabına 200.000 (iki yüz min) manat vəsait köçürülmüşdür. Bu layihə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir. AHİK xeyriyyəçilik tədbirlərini davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasına maliyyə dəstəyi göstərmək məqsədilə ulu öndər Heydər Əliyevin (95 illik) yubileyi münasibətilə gənc alimlərin qrant müsabiqəsinin və Azərbaycan Elm Festivalının təşkilinə ümumilikdə 30.000 manat maddi vəsait ayırmışdır. Təhsildə yüksək göstəricilər əldə edən 130 tələbəyə hər il ümumilikdə 38.000 manat adlı təqaüd, aztəminatlı ailələrdən olan 255 tələbəyə pulsuz yemək üçün 90.000 manata yaxın vəsait xərclənmiş, ehtiyacı olan tələbələrin təhsil haqqı ödənilmişdir. 2020-2021-ci illər ərzində Təhsil Kredit Fonduna 100.000 manat vəsait köçürülmüşdür”, – AHİK sədri bildirib.Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir: “Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1.036.815 manat ianə edilmiş, Qarabağ Dirçəliş Fonduna 600.000 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 594.770 manat ianə edilmişdir.  Bundan əlavə Silahlı qüvvələrə və cəbhə bölgəsinə 1.610.771 manat maddi yardım olunmuşdur. Həmçinin qeyd edək ki, 13.735 şəhid ailəsinə və qaziyə 1.915.913 manatlıq birdəfəlik yardım göstərilmişdir. 172 şəhidin  286 övladı 18 yaşına çatanadək himayəyə götürülmüşdür. Bütün bunlarla yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə təmin olunurlar. Pandemiya dövründə AHİK və onun üzv təşkilatları tərəfindən (2020-2021-ci ilin 9 ayı) ümumilikdə 16.025.177 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632.672 manat, “Regional İnkişaf” İctimai Birliyinin hesabına 705.000 manat vəsait köçürmüşdür.  114.724 aztəminatlı ailəyə 4.833.163 manatlıq yardım edilmiş, o cümlədən 76 şəhər və rayonda yaşayan aztəminatlı ailələrə iki dəfə ərzaq sovqatları paylanmışdır. Bunlarla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il «İlin ən yaxşı müəssisəsi (təşkilatı)» başlığı altında müsabiqə keçirir ki, bu müsabiqədə əməyin, ətraf mühitin mühafizəsi məsələsi önə çəkilir və qalib müəssisələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılırlar”.S.Möhbalıyev vurğulayıb ki, sosial məsuliyyət anlayışının çox geniş və dərin mənası vardır: “Burada əsasən üç sahə – maliyyə, onun fəaliyyətinin cəmiyyətə və ətraf mühitə, ekologiyaya təsiri əsas götürülür. Bu, təkcə biznesə deyil, hökumətə, ictimai və könüllü təşkilatlara aiddir. Bu səbəbdən də hamı əlbir olmalı, Korporativ Sosial Məsuliyyət konsepsiyasının həllinə bərabər çalışmalıyıq. Tədbirin proqramına əsasən işəgötürənlərin müxtəlif nominasiyalar üzrə təltif olunması keçiriləcəkdir. Odur ki, təltif olunacaq işəgötürənləri təbrik edir, onlara uğurlar arzulayıram”.

27.01.2022

20 nömrəli məktəbdə bir neçə üzv Fəxri Fərmanla təltif edilib

20 nömrəli məktəbdə bir neçə üzv Fəxri Fərmanla təltif edilib

22.01.2022-ci il tarixində 20 nömrəli məktəb-liseydə yubileyi olmuş əməkdaşlara Yasamal rayon Həmkarlar İttifaqının sədri Rövşən İbrahimli tərəfindən fəxri fərmna və bir sıra hədiyyələr təqdim edilib.Görüş zamanı R.İbrahimli məktəbin fəaliyyəti, pedaqoji heyətin aktivliyindən bəhs edərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

22.01.2022

ADPK-da

ADPK-da "Birlikdən Zəfər Doğar" adlı tədbir keçirilib

05.11.2021 tarixində ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Azad Həmkarlar Təşkilatının dəstəyi ilə "Birlikdən Zəfər Doğar" adlı tədbir keçirilib.Sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi idi.  Tədbirdə Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri Rövşən İbrahimlinin çıxış edərək onların göstərdikləri qəhrəmanlıqları yüksək qiymətləndirmiş həmçinin 20-ə yaxın ADPK-nın Qazi tələbələrindən Z.Fərəczadə, R.Aslanov, X.Əhədli, V.Cəfərli, Ş.Bayraməliyev, R.Abdulsalamov, Z.Məmmədzadə, T.Səlimzadə, A.Yaqublu, Ş.Qurbanlı, A.Alıyev, E.Məmmədov, S.Hacıev, Ə.Məmmədli, A.Şükürlü, S.Sabirli, K.Abdullayev, İ.Rzayev və A.Nəzərli fəxri fərmanlarla təltif olunması, onlara qiymətli hədiyyələr təqdim olunub.

21.01.2022

ATİAHİ-nın Yasamal rayon Komitəsinin sədri 153 nömrəli orta məktəbdə görüş keçirilib.

ATİAHİ-nın Yasamal rayon Komitəsinin sədri 153 nömrəli orta məktəbdə görüş keçirilib.

ATİAHİ-nın Yasamal rayon Komitəsinin sədri R.İbrahimli 153 nömrəli orta məktəbin həmkarlar təşkilatının üzvləri ilə görüş keçirib. Görüşdə məktəbin direktoru və məktəb həmkarlar təşkilatının sədri iştirak etmişdir. Həmkarlara üzv olanların müraciətləri ATİAHİ Yasamal rayon komitə sədri tərəfindən dinlənilmiş və onlara maraqlı olan sualları cavablandırmış. Görüş sanitar-epidimioloji qaydalar əsasında keçirilmişdir.

21.01.2022

İttifaq üzvləri 20 Yanvar abidəsini ziyarət edib.

İttifaq üzvləri 20 Yanvar abidəsini ziyarət edib.

20.01.2022-ci ildə Yasamal rayon Azada Həmkarlar İttifaqının sədri Rövşən İbrahimli və təşkilatın üzvləri ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidəni ziyarət edib, əkil qoyublar. Allahdan həlak olan soydaşlarımıza rəhmət, ailəsinə isə səbr arzulayırıq.

21.01.2022

ADPK-da yubileyi olan müəllimlərlə görüş keçirilib.

ADPK-da yubileyi olan müəllimlərlə görüş keçirilib.

17.11.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Yasamal rayonu Azad Həmkarlar İttifaqının sədri R.İbrahimli  görüş keçirilib.Görüş zamanı kollecin direktoru, dos.İsrayıl İsgəndərov giriş sözü ilə çıxış etdikdən sonra Yasamal rayon Həmkarlar İttifaqının sədri Rövşən İbrahimli çıxış edib.Əsas məqsəd cari ildə yubileyi olmuş müəllim və inzibati işçilərə fəxri fərmanların təqdimatı və onların əməyinin qiymətləndirilməsi olub.

21.01.2022

AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in digər rəhbər şəxsləri yanvarın 20-də – Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər.Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.DSC_0029-scaled.jpg 337.41 KBDSC_0002-1920x1285.jpg 440.66 KBDSC_0008-scaled.jpg 545.58 KBDSC_0016-1-scaled.jpg 642.33 KBDSC_0022-scaled.jpg 595.11 KB

20.01.2022

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib

Azərbaycanda mübariz oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur.İstər Birinci Qarabağ müharibəsində, istər 44 günlük Vətən müharibəsində, həmçinin ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunurlar, bu istiqamətdə həmişə ölkəmizdə milli həmrəylik yaşanır.Azərbaycan həmkarlar ittifaqları da şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.Bu ənənənin davamı olaraq bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ölkəmizin müstəqilliyi uğrunda 1990-cı ilin 20 yanvarında şəhid olmuş qəhrəmanlarımızın ailələrinə maliyyə dəstəyi göstərmək üçün müvafiq qərar qəbul edib. Belə ki, 99 şəhid ailəsinin hər biri üçün 200 manat (ümumilikdə 19800) məbləğində maliyyə yardımı göstərilib.Eyni zamanda AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

17.01.2022

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb

Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin həmkarlar ittifaqarları mərkəzlərindən biri olan – “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günərlə görüşüb.Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq prinsipləri əsasında bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.1-1-1920x1285.jpg 244.61 KB2-scaled.jpg 416.29 KB3-scaled.jpg 393.06 KB4-scaled.jpg 420.2 KB5-scaled.jpg 346.79 KB6-scaled.jpg 399.55 KBŞuşa Bəyannaməsini tarixi hadisə adlandıran S.Möhbalıyev qeyd edib ki, Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev vurğulayıb ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi.“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkür edən “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan haqq-ədalət uğrunda mübarizə apardı, bütün dünyaya öz gücünü göstərdi. M.Arslan deyib ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi və bizim bu arzumuz reallaşdı: “Biz də Türkiyənin ictimai təşkilatı olaraq qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının ailələrinə, qazilərə dəstək olmağa çalışırıq. Göstərdiyimiz bu maddi yardım, təbii ki, simvolik xarakter daşıyır. Biz bununla demək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq və bunu özümüzə borc bilirik”.Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

14.01.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo