Yasamalda təhsil işçiləri yubiley münasibətilə təbrik edilib
Aprelin 26-da ATİAHİ-nin Yasamal rayon komitəsi tabeliyində olan təhsil müəssisələrində fəaliyyət göstərən 100-ə yaxın müəllim və texniki işçi heyətinin 60 illik yubileyləri münasibəti ilə təbrik edib.
Yubliyarları təbrik edən Komitə sədri R.İbrahimli müəllim adının ucalığından, onların şərəfli və mənalı fəaliyyət sahəsindən, yetirmələrinin uğurlarından bəhs edib. Onun sözlərinə görə, müəllim cəmiyyətin düşünən beynidir: “Biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmağı özümüzə borc bilirik. Onlara dövlətimiz tərəfindən hər cür diqqət göstərilir. Biz də çalışmalıyıq ki, bu işdə fəal olaq”.
Təhsil işçiləri göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq ediblər. Sonda yubilyarlara Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
 
                                         
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo