ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə baş tutan tədbirdə təhsil ocağının bir qrup müəllim və texniki işçisi iştirak ediblər.
Tədbirdə Liseyin həmkarlar təşkilatının sədri Valeh Bəyalıyev çıxış edərək həmkarlar üzvlərini bayram münasibətilə təbrik edib, Novruz adət-ənənələrindən söz açıb, xalqımızın bayrama verdiyi dəyərdən danışıb.