Vətən müharibəsindən bəhs edən kitabın təqdimatı olub
Bakının 31 №-li məktəbinin keçmiş müəllimi, şairə Kəmalə Abıyevanın Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhidlərinə həsr etdiyi kitabın təqdimatı keçirilb.Təqdimatda çıxış edən ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli müəllifin yaradıcılığından söz açıb və yüksək dəyərləndirib, kitabı Vətən müharibəsindən bəhs edən qiymətli əsər adlandırıb. ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanı və həmkarlar komitəsi adından qiymətli hədiyyə müəllifə təqdim olunub.