ATİAHİ Yasamal rayon komitəsi xidmətində olan ümumtəhsil və məktəbəqədər müəssisələrində fəaliyyət göstərən 81 müəllim və texniki işçinin 65 illik yubileyləri münasibəti ilə tədbir keçirib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət xanım Muradova da iştirak edib. Yubliyarları təbrik edən komitənin sədri R.İbrahimli bildirib ki, müəllim cəmiyyətin düşünən beynidir: “Biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmalıyıq. Dövlətimizin müəllimlərə qayğısını hər bir müəllim öz həyatında hiss edir. Xüsusilə sosial sahədə verilən sərəncamlar müəllimlərə dövlət qayğısının bariz nümunəsidir”.
Tədbirdə Təravət xanım Muradova da çıxış edərək yubilyarları təbrik edib, fəaliyyətlərini yüksək qiymətləndirib.
Sonda yubilyarlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.