Yasamalda ittifaq üzvlərinin istirahətinə diqqət artırılır
ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 290, 325 və Xəzər körpələr evi-uşaq bağçalarının, həmçinin 20 №-li məktəb-liseyin, Fizika-Riyaziyyat-İnformatika Təmayüllü liseyin və 38 №-li tam orta məktəbin bir qrup işçilərinin ölkəmizin səfalı guşələrinə bir günlük gəzintisi təşkil olunub.İttifaq üzvlərinin istirahətlərinin mənalı və səmərəli keçirilməsi məqsədilə baş tutan səfərlər zamanı onların dincəlməsi üçün hər cür şərait yaradılıb.Belə ki, ittifaq üzvləri gedikləri rayonların gəzməli-görməli yerlərində olub, tarixi-mədəni abidələrinə baş çəkib, əsrarəngiz və könül oxşayan mənzərələrini seyr ediblər. Eləcə də istirahət düşərgələrində təhsil işçiləri üçün süfrələr açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar.İttifaq üzvləri onların istirahətləri üçün yaradılmış şəraitdən razılıq ifadə edib və təşkilatçılara təşəkkürlərini bildiriblər.Qeyd edək ki, göstərilən təhsil müəssisələrinin ilk həmkarlar ittifaqlarının sədrləri də gəzintilərdə iştirak ediblər. IMG-20240610-WA0010.jpg 338.29 KBIMG-20240611-WA0019.jpg 335.18 KBIMG-20240622-WA0041.jpg 337.63 KBIMG-20240612-WA0006.jpg 319.1 KBIMG-20240610-WA0022.jpg 71.87 KB
01.07.2024
İttifaq üzvləri Gəncə və Şamaxıda dincəliblər
ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 99 saylı körpələr evi-uşaq bağçasının 30 nəfərlik işçi heyətinin Gəncə şəhərinə, 11 saylı körpələr evi-uşaq bağçasının 20 nəfərlik və 31 №-li orta məktəbin 50 nəfərlik işçi heyətinin isə Şamaxı rayonuna bir günlük səfərləri təşkil olunub.İttifaq üzvlərinin asudə vaxtının səmərəli və mənalı keçirilməsi məqsədilə təşkil olunan səfər zamanı iştirakçılar olduqları şəhər və rayonun tarixi-mədəni abidələrini ziyarət edib, gəzməli-görməli yerlərinə baş çəkib, əsranəngiz və könül oxşayan təbiət mənzərələrini seyr ediblər.Eləcə də ittifaq üzvləri onlar üçün təşkil olunmuş ləziz təamlardan dadıb, yaddaqalan gün keçiriblər. IMG-20240603-WA0103.jpg 204.33 KBIMG-20240603-WA0102.jpg 225.3 KBIMG-20240604-WA0086.jpg 2.56 MBIMG-20240604-WA0088.jpg 1.58 MBIMG-20240604-WA0087.jpg 421.72 KB
06.06.2024
Yasamal rayonunda ittifaq üzvlərinin istirahətinə diqqət böyükdür
ATİAHİ RK Yasamal rayon komtəsi tərəfindən 32 saylı uşaq bağçası işçilərinin Şamaxı, 201 saylı uşaq bağçası işçilərinin Quba, 94 saylı körpələr evi-uşaq bağçası işçilərinin isə Lənkəran rayonuna bir günlük səfəri təşkil olunub.Səfərin məqsədi ittifaq üzvlərinin istirahətinin səməri və mənalı keçirilməsinə töhfə verməkdir. Tur zamanı iştirakçılar qeyd olunan rayonların tarixi-mədəni abidələri, sosial-iqtisadi inkişafı və könül oxşayan əsrarəngiz təbiəti ilə yaxından tanış olublar. Həmçinin onlar üçün süfrələr açılıb, yerli mətbəxin təamlarından dadıblar. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər. PHOTO-2024-05-30-09-50-18.jpg 1.79 MBPHOTO-2024-05-30-09-50-18 (1).jpg 107.79 KBPHOTO-2024-05-29-09-17-33.jpg 1.4 MBPHOTO-2024-05-29-09-17-32 (1).jpg 161.41 KBPHOTO-2024-05-29-09-17-32.jpg 299.35 KBPHOTO-2024-05-30-11-43-11 (1).jpg 346.15 KB
05.06.2024
Yasamalda ittifaq üzvləri təltif olunub
ATİAHİ Yasamal rayon komitəsi xidmətinə aid ümumtəhsil və məktəbəqədər müəssisələrdə fəaliyyət göstərən 120 ittifaq üzvünün 65 illik yubileyləri münasibəti ilə tədbir keçirib. Yubliyarları təbrik edən ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli bildirib ki, müəllim cəmiyyətin düşünən beynidir. Biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmalıyıq. Son dövrlər dövlətin müəllimlərə qayğısını hər bir müəllim hiss etməkdədir. Xüsusilə sosial sahədə verilən sərəncamlar müəllimlərə dövlət qayğısının bariz nümunəsidir. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova da çıxış edib, təcrübəli müəllimlərə təbriklərini çatdırıb.Sonda yubilyarlara ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.PHOTO-2024-05-23-15-14-22 (1).jpg 658.49 KBPHOTO-2024-05-23-15-14-22.jpg 762.54 KB
05.06.2024
ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib
Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB
31.05.2024
Yasamal müəllimləri Qubada dincəliblər
Yasamal rayonunun 21 nömrəli tam orta məktəbinin 50 nəfərlik pedaqoji və texniki işçisinin asudə vaxtlarını səmərəli keçirmək üçün Quba rayonuna bir günlük səfərləri təşkil olunub.ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tur zamanı iştirakçılar Qubanın könül oxşuyan təbiət mənzərələrini seyr edib, turistik yerlərinə baş çəkib və mənalı dincəliblər. Həmçinin onlar üçün süfrə açılıb, yerli mətbəxin ləziz yeməklərinə qonaq ediliblər. Təhsil işçiləri onların istirahətinin təşkili üçün həmkarlar ittifaqlarına təşəkkür ediblər.Məktəbin ilk həmkarlar ittifaqının sədri Ellada Həmidova gələcəkdə də təhsil işçilərinin istirahəti üçün bu cür layihələrin nəzərdə tutulduğunu bildirib. PHOTO-2024-05-14-14-02-36 (1).jpg 128.75 KBPHOTO-2024-05-14-14-02-36.jpg 456.91 KB
22.05.2024
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.
17.05.2024
ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib
Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB
01.04.2024
Yasamalda stolüstü tennis yarışı keçirilib
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 147 №-li Texniki - humanitar liseydə kişilər və qadınlar arasında ayrılıqda stolüstü tennis yarışları keçirilib.Kişilər arasında I yeri 18 №-li məktəbin müəllimi İlqar Əbdülov, II yeri Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarov və III yeri 286 №-li məktəbin müəllimi Samir Mehdi-zadə qazanıb. Qadınlar arasında isə I yerə 176 №-li məktəbin müəllimi Zərnigar Musayeva, II yerə 308 №-li məktəbin müəllimi Almaz Məhərrəmova və III yerə 158 №-li məktəbin müəllimi Ləman Həsənova layiq görülüb. Yarışlarda iştirak edənlərin hər birinə pul mükafatı, I, II, III yerləri qazananlara isə pul mükafatı və fəxri fərman verilib.PHOTO-2024-03-12-12-02-41.jpg 174.45 KBPHOTO-2024-03-12-12-02-54.jpg 145.82 KB
27.03.2024
Yasamal rayon komitəsinin yeni tərkibi seçilib
ATİAHİ Yasamal rayon komitəsində XXIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda sədrin və təftiş komissiyasının hesabatı dinlənilib, ilk həmkarlar ittifaqlarının sədrləri və ittifaq üzvləri çıxışlar edib, rəy və fikirlərini səsləndiriblər. Rayon komitəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə Rövşən İbrahimli yekdilliklə yenidən sədr seçilib. Yığıncaqda həmçinin rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib, rayon komitəsinin tərkibi formalaşıb.ATİAHİ Respublika Komitəsinin nümayəndəsi rayon komitəsinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və bəzi tapşırıq və tövsiyələrini verib.PHOTO-2024-03-12-13-02-30 (1).jpg 240.68 KBPHOTO-2024-03-12-13-00-31.jpg 287.96 KBPHOTO-2024-03-12-13-03-50.jpg 690.2 KBPHOTO-2024-03-12-13-02-30.jpg 291.22 KB
27.03.2024
Yasamalda xanım müəllimlərə hədiyyələr verilib
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 53 №-li tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və rayon məktəblərinin xanım müəllimləri iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, ölkəmizdə hər zaman zəriflik və gözəllik rəmzi hesab olunan qadınlara xüsusi diqqət göstərilib. Sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsi olan qadınlarımız həm də istedad, zəka və zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdiriblər. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib.Həmçinin tədbirdə iştirak edən xanım ittifaq üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Sonda tədbirdə iştirak edən bütün xanımlara hədiyyə və fəxri fərman verilib.PHOTO-2024-03-12-11-23-18 (1).jpg 655.53 KBPHOTO-2024-03-12-11-23-09.jpg 806.96 KBPHOTO-2024-03-12-11-23-18.jpg 655.53 KB
27.03.2024
Yasamal məktəblərində hesabat-seçki yığıncaqları baş tutub
ATİAHİ Yasamal rayon komitəsinin xidmətində olan müəssisələrdə yanvar və fevral aylarında hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlarda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, seçkilər keçirilib. Rayon komitəsinin əməkdaşları yığıcaqlarda seçki prosesini izləyiblər. Demokratik ab-havada açıq səsvermə yolu ilə baş tutan seçkilərdə gender bərabərliyi də qorunub. Bütün yığıncaqlarda hesabatlar qənaətbəxş hesab olunub, ilk həmkarlar ittifaqlarına sədrlər seçilib.PHOTO-2024-03-12-11-08-46.jpg 151.8 KBPHOTO-2024-03-12-11-08-45.jpg 140.68 KBPHOTO-2024-03-12-11-08-49.jpg 185.83 KBPHOTO-2024-03-12-11-08-50 (2).jpg 163.24 KBPHOTO-2024-03-12-11-08-50 (1).jpg 165.76 KBPHOTO-2024-03-12-11-08-52 (1).jpg 127.71 KBPHOTO-2024-03-12-11-08-51.jpg 131.52 KBPHOTO-2024-03-12-11-08-50.jpg 174.81 KBPHOTO-2024-03-12-11-08-52.jpg 57.05 KBPHOTO-2024-03-12-11-08-53.jpg 127.61 KBPHOTO-2024-03-12-11-08-54.jpg 75.69 KBPHOTO-2024-03-12-11-08-55.jpg 125.98 KBPHOTO-2024-03-12-11-08-56.jpg 139.17 KBPHOTO-2024-03-12-11-08-57 (2).jpg 123.84 KBPHOTO-2024-03-12-11-08-57 (1).jpg 92.07 KBPHOTO-2024-03-12-11-08-57.jpg 152.44 KBPHOTO-2024-03-12-11-08-58 (1).jpg 137.1 KBPHOTO-2024-03-12-11-08-58.jpg 91.02 KB
27.03.2024
ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb
2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB
15.03.2024
"20 Yanvar-Memorial abidə kompleksi" ziyarət olunub
ATİAHİ Yasamal rayon komitəsinin əməkdaşları və bir qrup ittifaq üzvü 20 Yanvar şəhidlərini anıblar.Onlar faciə qurbanlarının 34-cü ildönümündə "20 Yanvar-Memorial abidə kompleksi"ni ziyarət edib, abidə önünə əklil və gül dəstələri qoyublar.Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
12.02.2024
Yasamalda Gənclər Günü münasibətilə tədbir keçirilib
ATİAHİ Yasamal rayon komitəsi rayonun 53 №-li məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirib.Tədbirə Yasamal rayon ümumtəhsil müəssisələrində və məktəbəqədər müəssisələrdə çalışan 200-ə yaxın gənc ittifaq üzvü iştirak edib.Rayon komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək gəncləri təbrik edib və dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülməkdədir. R.İbrahimli vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.Tədbirdə söz alan gənclər dövlətimizin onlara olan diqqət və qayğısından razılıqlarını ifadə ediblər.Sonda gənc ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.PHOTO-2024-02-05-15-19-29 (1).jpg 450.44 KBPHOTO-2024-02-05-15-19-28 (1).jpg 471.04 KBPHOTO-2024-02-05-15-19-28.jpg 480.88 KBPHOTO-2024-02-05-15-19-27.jpg 603.41 KBPHOTO-2024-02-05-15-19-25 (1).jpg 605.22 KBPHOTO-2024-02-05-15-19-29.jpg 956.31 KB
12.02.2024
Bizimlə əlaqə