ATİAHİ Yasamal rayon komitəsi xidmətinə aid ümumtəhsil və məktəbəqədər müəssisələrdə fəaliyyət göstərən 120 ittifaq üzvünün 65 illik yubileyləri münasibəti ilə tədbir keçirib.
Yubliyarları təbrik edən ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli bildirib ki, müəllim cəmiyyətin düşünən beynidir. Biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmalıyıq. Son dövrlər dövlətin müəllimlərə qayğısını hər bir müəllim hiss etməkdədir. Xüsusilə sosial sahədə verilən sərəncamlar müəllimlərə dövlət qayğısının bariz nümunəsidir. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova da çıxış edib, təcrübəli müəllimlərə təbriklərini çatdırıb.
Sonda yubilyarlara ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.