ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 147 №-li Texniki - humanitar liseydə kişilər və qadınlar arasında ayrılıqda stolüstü tennis yarışları keçirilib.
Kişilər arasında I yeri 18 №-li məktəbin müəllimi İlqar Əbdülov, II yeri Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarov və III yeri 286 №-li məktəbin müəllimi Samir Mehdi-zadə qazanıb. Qadınlar arasında isə I yerə 176 №-li məktəbin müəllimi Zərnigar Musayeva, II yerə 308 №-li məktəbin müəllimi Almaz Məhərrəmova və III yerə 158 №-li məktəbin müəllimi Ləman Həsənova layiq görülüb. Yarışlarda iştirak edənlərin hər birinə pul mükafatı, I, II, III yerləri qazananlara isə pul mükafatı və fəxri fərman verilib.