Yasamal rayonunda ittifaq üzvlərinin istirahətinə diqqət böyükdür

ATİAHİ RK Yasamal rayon komtəsi tərəfindən 32 saylı uşaq bağçası işçilərinin Şamaxı, 201 saylı uşaq bağçası işçilərinin Quba, 94 saylı körpələr evi-uşaq bağçası işçilərinin isə Lənkəran rayonuna bir günlük səfəri təşkil olunub.
Səfərin məqsədi ittifaq üzvlərinin istirahətinin səməri və mənalı keçirilməsinə töhfə verməkdir.
 Tur zamanı iştirakçılar qeyd olunan rayonların tarixi-mədəni abidələri, sosial-iqtisadi inkişafı və könül oxşayan əsrarəngiz təbiəti ilə yaxından tanış olublar. Həmçinin onlar üçün süfrələr açılıb, yerli mətbəxin təamlarından dadıblar. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo