ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 290, 325 və Xəzər körpələr evi-uşaq bağçalarının, həmçinin 20 №-li məktəb-liseyin, Fizika-Riyaziyyat-İnformatika Təmayüllü liseyin və 38 №-li tam orta məktəbin bir qrup işçilərinin ölkəmizin səfalı guşələrinə bir günlük gəzintisi təşkil olunub.
İttifaq üzvlərinin istirahətlərinin mənalı və səmərəli keçirilməsi məqsədilə baş tutan səfərlər zamanı onların dincəlməsi üçün hər cür şərait yaradılıb.
Belə ki, ittifaq üzvləri gedikləri rayonların gəzməli-görməli yerlərində olub, tarixi-mədəni abidələrinə baş çəkib, əsrarəngiz və könül oxşayan mənzərələrini seyr ediblər. Eləcə də istirahət düşərgələrində təhsil işçiləri üçün süfrələr açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar.
İttifaq üzvləri onların istirahətləri üçün yaradılmış şəraitdən razılıq ifadə edib və təşkilatçılara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, göstərilən təhsil müəssisələrinin ilk həmkarlar ittifaqlarının sədrləri də gəzintilərdə iştirak ediblər.