ATİAHİ Yasamal rayon komitəsində XXIII hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda sədrin və təftiş komissiyasının hesabatı dinlənilib, ilk həmkarlar ittifaqlarının sədrləri və ittifaq üzvləri çıxışlar edib, rəy və fikirlərini səsləndiriblər. Rayon komitəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə Rövşən İbrahimli yekdilliklə yenidən sədr seçilib. Yığıncaqda həmçinin rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib, rayon komitəsinin tərkibi formalaşıb.
ATİAHİ Respublika Komitəsinin nümayəndəsi rayon komitəsinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və bəzi tapşırıq və tövsiyələrini verib.