Yasamal müəllimləri Qubada dincəliblər

Yasamal rayonunun 21 nömrəli tam orta məktəbinin 50 nəfərlik pedaqoji və texniki işçisinin asudə vaxtlarını səmərəli keçirmək üçün Quba rayonuna bir günlük səfərləri təşkil olunub.
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tur zamanı iştirakçılar Qubanın könül oxşuyan təbiət mənzərələrini seyr edib, turistik yerlərinə baş çəkib və mənalı dincəliblər. Həmçinin onlar üçün süfrə açılıb, yerli mətbəxin ləziz yeməklərinə qonaq ediliblər. Təhsil işçiləri onların istirahətinin təşkili üçün həmkarlar ittifaqlarına təşəkkür ediblər.
Məktəbin ilk həmkarlar ittifaqının sədri Ellada Həmidova gələcəkdə də təhsil işçilərinin istirahəti üçün bu cür layihələrin nəzərdə tutulduğunu bildirib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo