Yasamal müəllimləri Quba və Qusar rayonlarında istirahət ediblər


ATİAHİ Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 153 və 225 nömrəli məktəblərin müəllim və texniki işçi heyətinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq olaraq Quba və Qusar rayonlarına bir günlük turlar təşkil edilib.

Səfər zamanı iştirakçıların istəkləri ilə rayonların səfalı ərazilərinə baş çəkilib, könül oxşayan gözəl təbiət mənzərələri seyr edilib. Həmçinin təhsil işçiləri üçün üçün süfrə açılıb. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib və təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo