Yasamal müəllimlərinin istirahəti təşkil edilib


ATİAHİ  Yasamal rayon komtəsinin təşkilatçılığı ilə 161 №-li uşaq bağçasının 20 nəfərlik pedaqoji və texniki heyəti Şamaxı rayonuna, 173 №-li məktəbin 20 nəfərlik pedaqoji və texniki heyəti isə Nabran qəsəbəsinə istirahət üçün bir günlük səfər ediblər.

Tur çərçivəsində iştirakçılar qeyd olunan rayonların təbiət mənzərələri ilə könül oxşayan ərazilərində olub, fotolar çəkdirib dincəliblər. Eləcə də onlar yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. Tur iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
IMG-20230605-WA0011.jpg 172.67 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo