ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 38, 161 və 21 nömrəli məktəblərin ittifaq üzvlərinin Quba rayonuna, 52 nömrəli məktəbin ittifaq üzvlərinin Qusar rayonuna, 286 nömrəli məktəbin müəllim və texniki işçi heyətinin isə Xacmaz rayonuna bir günlük səfərləri təşkil edilib. Səfər zamanı iştirakçıların səmərəli və mənalı istirahətləri üçün hər cür şərait yaradılıb. Belə ki, ittifaq üzvləri həmin rayonların səfalı yerlərində olub, gözəl və əsrarəngiz təbiət mənzərələrini seyr edib işin yorğunluğunu çıxarıblar. İştirakçılar üçün həmçinin süfrə açılıb, ləziz təamlara qonaq ediliblər.