ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 nömrəli tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Birinci Qarabağ müharibəsinin veteranları iştirak ediblər. “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Filialının sədri Bəhram Şeydayev çıxış edərək Azərbaycan Ordusunun yaranma tarixindən, formalaşmasından, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən qurulmasından və uğurlu “Horadiz” əməliyyatından danışıb, qəhrəman hərbçilərimizin döyüş yoluna nəzər salıb, 44 günlük Vətən müharibəsinə toxunub. O həmçinin bayram münasibətilə bütün əsgər və zabitlərimizə təbriklərini çatdırıb.
Digər çıxış edənlər Silahlı Qüvvələrimizin şanlı və şərəfli döyüş yolundan, rəşadətindən, döyüş meydanında misilsiz qəhrəmanlıqlarından bəhs ediblər.
Sonda müharibə veteranlarına ATİAHİ Yasamal rayon komitəsi tərəfindən pul mükafatı və fəxri fərman verilib.