17.11.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Yasamal rayonu Azad Həmkarlar İttifaqının sədri R.İbrahimli görüş keçirilib.
Görüş zamanı kollecin direktoru, dos.İsrayıl İsgəndərov giriş sözü ilə çıxış etdikdən sonra Yasamal rayon Həmkarlar İttifaqının sədri Rövşən İbrahimli çıxış edib.
Əsas məqsəd cari ildə yubileyi olmuş müəllim və inzibati işçilərə fəxri fərmanların təqdimatı və onların əməyinin qiymətləndirilməsi olub.