Ağsu rayonunda 65 yaşı tamam olan 4 müəllimin - həmkarlar ittifaqı üzvünün yubiley tədbiri keçirilib.
ATİAHİ Ağsu rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə yubliyarların ünvanına təbriklər səslənib, rayon təhsilinin inkişafında onların xidmətlərindən bəhs olunub.
Müəllimlər onlar üçün təşkil edilən yubiley tədbirinə və deyilən xoş sözlərə görə təşkilatçılara və iştirakçılara təşəkkür ediblər.
Sonda yubliyarlar rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunub, onlara hədiyyələr verilib.