ATİAHİ-nın Yasamal rayon Komitəsinin sədri R.İbrahimli 153 nömrəli orta məktəbin həmkarlar təşkilatının üzvləri ilə görüş keçirib. Görüşdə məktəbin direktoru və məktəb həmkarlar təşkilatının sədri iştirak etmişdir. Həmkarlara üzv olanların müraciətləri ATİAHİ Yasamal rayon komitə sədri tərəfindən dinlənilmiş və onlara maraqlı olan sualları cavablandırmış.
Görüş sanitar-epidimioloji qaydalar əsasında keçirilmişdir.