Azərbaycan Dövlət Pedaqoji Kollecində 8 mart Beynəlxaql Qadınlar Günü qeyd olundu
ATİAHİ Yasamal rayon komitəsi Azərbaycan Dövlət Pedaqoji Kollecində 8 mart Beynəlxaql Qadınlar Günü münasibətilə tədbir keçirmişdir. Kollecin akt zalında təşkil olunan tədbirdə müəssisənin ictimai həyatında aktiv olan qadın müəllimlər iştirak etmişdir. Qeyd edək ki, bayram münasibətilə Kollecin bir qrup müəllimi ATİAHİ Yasamal rayon komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılmışdır. Mükafatlar və fəxri fərmanlar müəllimlərə ADPK-in Həmkarlar Təşkilatının sədri Svetlana Əhmədova tərəfindən təqdim olunmuşdur.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo