ATİAHİ Yasamal rayon komitəsinin təşkilatşılığı ilə Yasamal rayonunun təhsil müəssisələrində çalışan və həmkarlar ittifaqı fəalı olan qadınlar üçün bayram tədbiri keçirilib. Bakı şəhəri 53 nömrəli məktəbin akt zalında təşkil olunmuş tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, ATİAHİ Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, Bakı şəhər 53 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova və başqaları çıxış ediblər. Çıxış edənlər Azərbaycanda həyata keçirilən uğurlu qadın siyasətindən danışıb, qadınların elm, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdə əldə etdikləri uğurlardan bəhs ediblər. Qeyd olunub ki, siyasi və iqtisadi gücü baxımından regionun lider dövləti olan Azərbaycan qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsi baxımından da nümunə kimi göstərilən ölkədir.
Tədbirin sonunda həmkarlar ittifaqı işində fəal olan qadınlara gül dəstəsi, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.