Bakının Nizami rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li respublika internat məktəbinin rəhbərliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hadisə qurbanlarını yad ediblər.
Məktəbin direktoru Tariyel Əliyev və həmkarlar ittifaqlarının sədri Ərəstun Hidayətov “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.