Bakının Nizami rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li respublika internat məktəbinin rəhbərliyi Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənləri anıblar.
Belə ki, məktəbin direktoru Tariyel Əliyev və həmkarlar ittifaqının sədri Ərəstun Hidayətov qardaş ölkənin Azərbaycandakı səfirliyinin qarşısına əklil qoyub, dünyasını dəyişənlərin ruhlarına dualar oxuyub, xəsarət alanlara Uca Yaradandan şəfa diləyiblər.