ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 38 saylı körpələr evi-uşaq bağçasının kollektivi bir günlük Şamaxı rayonunda olublar.
Gəzintidə bağçanın ilk həmkarlar ittifaqının sədri Şərifi İranə də iştirak edib.
İttifaq üzvləri Şamaxının gəzməli-görməli yerlərinə baş çəkib, füsunkar təbiətin qoynunda dincələrək gərgin iş günlərinin yorğunluğunu çıxarıblar.
Azərbaycan mətbəxinin təamlarından dadan iştirakçılar yaddaqalan gün keçiriblər.