İyulun 10-da ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun 167 nömrəli tam orta məktəbinin müəllim heyətinin istirahətinin səmərəli və mənalı keçirilməsi üçün İsmayıllı rayonuna bir günlük tur təşkil edilib. Səfər zamanı rayonun istirahət mərkəzlərinə baş çəkilib, mənzərəli yerləri seyr edilib, fotolar çəkdirilib. Həmçinin tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadılıb. Gəzintidə məktəbin həmkarlar təşkilatının sədri Sevil Quliyeva da iştirak edib. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitindən razı qaldıqlarını ifadə ediblər.