ATİAHİ Yasamal rayon komtəsi hər zaman təhsil işçilərinin istirahətlərinin təşkili, asudə vaxtlarının səmərəli keçirilməsinə xüsusi diqqət ayırır. Müntəzəm olaraq ölkəmizin gəzməli-görməli məkanlarına səfərlər təşkil olunur, müəllimlərin normal istirahəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılır.
Ənənənin davamı olaraq, rayonun 20 №-li məktəb-liseyinin müəllim heyətinin asudə vaxtının səmərəli keçirilməsi üçün İsmayıllı rayonuna bir günlük tur təşkil edilib. Müəllimlər rayonun tarixi məkanlarına baş çəkib, mənzərəli ərazilərini seyr edib, ləziz təamlarından dadıblar.