Yasamal məktəblərinin müəllimləri üçün rayonlara tur təşkil olunub
 
Mayın 28-də ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 173 №-li məktəbin müəllim heyətinin asudə vaxtının səmərəli keçirilməsi üçün Qəbələ rayonuna, mayın 29-da isə 38 №-li tam orta məktəbin müəllim heyətinin Quba rayonuna, 13 №-li məktəbin müəllim heyətinin isə İsmayıllı rayonuna bir günlük səfərləri təşkil olunub. Tur zamanı rayonların tarixi abidələri ziyarət olunub, mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar turun təşkilatçılarına təşəkkür ediblər.
Qeyd edək ki, hər 3 turda məktəblərin həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo