İyunun 15-də ATİAHİ Yasamal rayon komitəsi rayonun 21 №-li tam orta məktəbin müəllim və texniki işçi heyətinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün İsmayıllı rayonuna bir günlük tur təşkil olunub. Gəzintidə məktəbin direktoru Elza Bağırzadə və həmkarlar təşkilatının sədri Ellada Həmidova da iştirak ediblər. Tur zamanı rayonun tarixi-mədəni abidələri ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.