ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun 52, 60, 225 və 20 №-li tam orta məktəblərinin müəllim heyətlərinin istirahətlərinin mənalı keçirilməsi üçün turizm potensialı böyük olan rayonlara turlar təşkil olunub. Müvafiq olaraq Lerik, Qusar, Lənkəran və İsmayıllı rayonlarına səfərlər zamanı həmin ərazilərdə yerləşən tarixi-mədəni abidələr ziyarət olunub, mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib.
Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.
Qeyd edək ki, hər dörd turda məktəblərin həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.