ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə xidmətində olan təhsil müəssisələrində fəaliyyət göstərən 100-ə yaxın ittifaq üzvünün 60 illik yubileyləri çalışdıqları məktəblərdə təntənəli şəkildə qeyd edilib.
Tədbirlərdə pedaqoqların mənalı ömür yolundan, peşəkar fəaliyyətlərindən, yetirmələrinin göstəricilərindən danışılıb, onlara təbriklər söylənilib.
Yasamal rayon komitəsi tərəfindən həmin şəxslərə fəxri fərman və hədiyyələr verilib.
Yubliyarlar onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.