Yasamal rayonunda Yeni il münasibətilə tədbir keçirilib
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 №-li tam orta məktəbdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirə Yasamal rayon təhsil müəssisələrində və körpələr evi-uşaq bağçalarında çalışan fəal, yüksək nəaliyyətlərə nail olmuş ittifaq üzvləri dəvət olunublar.
Yasamal rayon komitəsinin sədri R.İbrahimli və 53 №-li məktəbin direktoru Tünzalə Zeynalova tədbirdə çıxış edərək iştirakçıları bayaram münasibətilə təbrik edib, dünya azərbaycanlılarının nümayiş etdirdikləri sarsılmaz birlikdən, doğma Vətənlərinə olan sonsuz sevgidən, həmçinin ötən il ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan danışıblar. Digər çıxış edənlər dövlətimizin ildən-ilə artan qüdrətindən, vətəndaşlarımızın həmrəyliyindən bəhs ediblər.
Sonda rayon komitəsi tərəfindən tədbirdə iştirak edən bütün ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.