ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə xidmətində olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 90 ittifaq üzvünün 50 illik yubileyləri dərs dedikləri və çalışdıqları məktəblərdə qeyd edilib.
Tədbirlərdə müəllimlərin səmərəli fəaliyyətlərindən, rayon təhsilinin inkişafında xidmətlərindən, seçdikləri peşəyə olan məhəbbətlərindən, müəllim adını şərəflə daşımalarından, məsuliyyətli və nümunəvi davranışlarından danışılıb.
Bütün yubilyarlara rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.