Yasamal rayonunda qazilərlə görüş olub

 
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə ADPK-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirə ümumilikdə 50-ə yaxın müharibə iştirakçısı, qazilər, şəhid ailələri dəvət olunub.
ADPK-nın direktoru İsrayıl İsgəndərov, ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli çıxış ediblər. Bildirilib ki, Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İndi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir.
Tədbirdə iştirak edən qazilər və müharibə iştirakçıları keçdikləri döyüş yolundan, zabitlərimizin peşəkarlığından, əsgərlərimizin rəşadətindən, erməni əsgərlərinin döyüş meydançasından qaçmasından, həmçinin parlaq Zəfərin əzəmətindən bəhs ediblər.
Tədbirə dəvət olunan müharibə iştirakçılarının və qazilərin hər birinə qiymətli hədiyyə və fəxri fərman təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo