Yasamalda 100-ə yaxın təhsil işçisinin doğum günü qeyd edilib

Mayın 25-də Yasamal rayonunun təhsil müəssisələrinin 65 yaşı tamam olan 100-ə yaxın müəllim və texniki işçisinin yubileyləri münasibəti ilə tədbir keçirilib.
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, 53 №-li məktəbin direktoru Tünzalə Zeynalova və digər şəxslər iştirak ediblər.
Yubiliyarları təbrik edən komitə sədri R.İbrahimli bildirib ki, müəllim cəmiyyətin düşünən beynidir, biz bu şərəfli işdə çalışanların hər zaman qayğısına qalmalıyıq. Onun sözlərinə görə, son dövrlər dövlətin müəllimlərə qayğısını hər bir müəllim hiss edir: “Xüsusilə sosial sahədə verilən sərəncamlar müəllimlərə dövlət qayğısının bariz nümunəsidir”.
T.Muradova və T.Zeynalova da çıxışlarında yubiliyarları təbrik edib, müəllim adının ucalığından və şərəfindən bəhs ediblər.
Sonda yubiliyarlara Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo