ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük qayıdışın başlanğıcı - Biz qayıtdıq” adlı tədbir keçirilib.
Tədbir Dövlət Bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qonaq qismində iştirak edən Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və 53 №-li tam orta məktəbin şagird heyəti maraqlı proqramlarla çıxış ediblər.
Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli çıxışında “Heydər Əliyev İli” çərçivəsində həmkarlar ittifaqları tərəfindən təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən bəhs edib. O, əminliklə ifadə edib ki, Cocuq Mərcanlı kəndi kimi bütün işğaldan azad edilmiş ərazilərimiz də bərpa ediləcək və məcburi köçkün həyatı yaşamış şagirdlər öz yurdlarında təhsil alacaqlar. Tədbirdə digər çıxışlar da dinlənilib.
Sonda tədbir iştirakçıları qonaqlarla xatirə şəkli çəkdiriblər.