ATİAHİ Yasamal rayon komitəsində ilk həmkarlar ittifaqlarının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən rayon komitəsinin sədri R.İbrahimli ittifaq sədrlərinin diqqətinə çatdırıb ki, 2024-cü ilin yanvar-fevral aylarında baş tutacaq seçkilər şəffaf və demokratik keçirilməli, kollektivin iradəsini əks etdirməlidir. R.İbrahimli həmçinin təşkilatın fəaliyyətinə daxil olan müəssisələr haqqında məlumat verib, 2017-2023-cü illər ərzində yaş həddi ilə əlaqədar təqaüdə çıxmış rəhbərlərin yerinə seçilmiş yeni sədrləri kollektivə təqdim edib.
Eləcə də tədbirdə 2023-2025-ci illər üzrə bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin bəndlərinə aydınlıq gətirilib və həmin sənədlərlə yerli təşkilatların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi diqqətə çatdırılıb.