ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil və məktəbəqədər müəssisələrində fəaliyyət göstərən 170-ə yaxın ittifaq üzvünün 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər müəllimləri təbrik edib, onların mənalı və şərəfli ömür yolundan, peşəkar pedaqoji fəaliyyətindən, ölkə təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin göstəricilərindən danışıblar.
Həmçinin çıxışçılar dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısından, müəllimlərin və ümumilikdə təhsil sistemində çalışan bütün şəxslərin sosial müdafiəsinin möhkəmlənməsi istiqamətində atılan addımlardan, onların fəaliyyətinin ali səviyyədə qiymətləndirilməsindən, fəxri adlarla təltif olunmalarından bəhs ediblər.
Yübliyarlar təbriklərə və göstərilən hörmət və ehtirama görə, çıxış edənlərə və tədbirin təşkilatçılarına təşəkkür ediblər. Onlar bundan sonra da səylə çalışacaqlarını, ölkə təhsilinin inkişafına əhəmiyyətli töhfə verəcəklərini qeyd ediblər.
Sonda yubilyarlara fəxri fərman və qiymətli hədiyyələr verilib.