Yasamal rayonunun təhsil işçiləri arasında dama və şahmat yarışı keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar baş tutan tədbir ATİAHİ Yasamal rayon komitəsi tərəfindən təşkil olunub.
Yarışın açılış mərasimində çıxış edənlər Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasından, habelə Həmrəylik Gününün təsis olunmasının əhəmiyyətindən danışıblar.
Böyük maraqla keçirilən yarışın qaliblərinəı Yasamal rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.