ATİAHİ Yasamal rayon komitəsi tərəfindən paytaxtın 53 nömrəli tam orta məktəbində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon təhsil müəssisələrində çalışan fəal, yüksək nəaliyyətlərə nail olmuş ittifaq üzvləri dəvət olunublar. ATİAHİ Yasamal rayon komitəsinin sədri R.İbrahimli, T.Muradova və 53 nömrəli məktəbin direktoru T.Zeynalova çıxış edərək ölkəmizdə təhsilin səviyyəsindən, bu sahəyə olan dövlətimizin diqqət və qayğısından, mütəmadi olaraq aparılan islahatlardan, müəllimlərin şərəfli fəaliyyətindən, onların yetirmələrinin təhsildə göstərdikləri nəticələrdən, cəmiyyətimizin maariflənməsində misilsiz xidmətlərindən bəhs ediblər. Müəllimlər onlara göstərilən diqqətə görə, təşəkkür ediblər.
Sonda müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.