ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 53 №-li tam orta məktəbda tədbir keçirilib.
Tədbirə Yasamal rayon məktəbəqədər müəssisələrin müdirələri, həmkarlar təşkilatının sədrləri və bir qrup xanım ittifaq üzvü dəvət olunub.
Çıxış edənlər bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkə həyatının bütün sahələrində o, qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar açdı.
Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir. Xeyirxah işləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur.
Çıxışlardan sonra qadın iştirakçılara hədiyyələr verilib.