ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
Görüşdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə təhsilin səviyyəsindən, bu sahəyə dövlətin xüsusi diqqətindən, keçirilən islahatlardan və effektli nəticələrdən danışıb. Rayon komitəsinin sədri R.İbrahimli, 53 №-li məktəbin direktoru Tünzalə Zeynalova və digərləri çıxış edərək rayon gənclərinin təhsil göstəricilərindən, ölkəmizdə elmə və təhsilə artan maraqdan söz açıblar. Sonda məzunlara qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim edilib.