Yasamalda şahmat turniri keçirilib


ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 53 №-li tam orta məktəbdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq, Yasamal rayon ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında "Şahmat" yarışının rayon turu keçirilib.

Yarışda Yasamal rayon təhsil müəssisələrində keçirilən şahmat yarışında qalib olmuş ittifaq üzvləri iştirak ediblər. Yarışın qalibi 286 №-li tam orta məktəbin direktoru Samir Mehdi-zadə olub. İkinci yeri Akademik Z.Əliyeva adına liseyin müəllimi Sadiq Həmidov, III yeri 161 №-li tam orta məktəbin müəllimi Gülmira Mədətova qazanıb.

Yarış iştirakçılarının hər birinə mükafat və fəxri fərman verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo